AZ

Vaqif Cavadov U-20 millisinin məşqçisi təyin edilib

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasına rəhbərlik edib.

Seçilən
21
23
azerbaijan-news.az

10Mənbələr