AZ

SON DƏQİQƏ: Putin Zelenskiyə bir neçə saat vaxt verdi – Əgər bunu etməsən…

Zelenski “artıq bu gün” Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılması barədə qərar qəbul etməlidir.

KONKRET.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı diqqətçəkən açıqlama verib.

Onun sözlərinə görə, söhbət iki aylıq müddətdən getmir və qərar dərhal verilməlidir. Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna qüvvələri Donetsk vilayətinin inzibati sərhədlərindən kənara çəkilməlidir.
Peskov əlavə edib ki, belə bir addım “müharibənin isti fazasının dayandırılmasına” səbəb ola bilər.

Xatırladaq ki, daha əvvəl Zelenski bəyan etmişdi ki, Rusiya danışıqlar çərçivəsində Ukraynadan qoşunlarını Donetsk vilayətindən iki ay ərzində çıxarmağı tələb edir və bu tələb yerinə yetirilmədiyi təqdirdə şərtlərin daha da sərtləşdirilə biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
54
konkret.az

1Mənbələr