AZ

Rusiyada universitetlərə plan verildi

Ali məktəblərdə hərbi xidmətə yönləndirmə ilə bağlı yeni göstəriş verildiyi iddia olunur.

Musavat.com xəbər verir ki, "Faridaily" saytının məlumatına görə, Rusiyanın təhsil naziri Valeri Falkov 2026-cı ilin əvvəlində universitet rəhbərlərinə tələbələr arasında hərbi müqavilələrin artırılması ilə bağlı tapşırıq verib.

Məlumata əsasən, ali məktəblərdən tələb olunur ki, tələbələrin ən azı 2 faizi Müdafiə Nazirliyi ilə müqavilə bağlasın.

Bildirilir ki, bu göstərişdən sonra ölkə üzrə universitet və kolleclərdə təşviqat işləri gücləndirilib. Tələbələrə akademik məzuniyyət götürmək, minimum bir il müddətinə müqavilə imzalamaq və Ukrayna müharibəsinə göndərilmək təklif olunur.

Əgər plan həyata keçirilsə, Rusiya ordusu on minlərlə yeni müqaviləli hərbçi əldə edə bilər.

Xüsusilə diqqət pilotsuz uçuş aparatları bölmələrinə yönəlib. Hakimiyyət bu sahəyə daha çox gəncin, o cümlədən birinci kurs tələbələrinin cəlb olunmasını hədəfləyir.

Tələbələrə xidmət sonrası yenidən təhsilə qayıtmaq imkanı, maliyyə ödənişləri və müxtəlif güzəştlər vəd olunur. Bəzi hallarda isə universitetlərin akademik problemlərə göz yumması və ya fərdi təhsil şərtləri təklif etməsi ilə bağlı iddialar da səsləndirilir.

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr