AZ

Gündə 12 milyon barel neft itirilib - Müharibənin ağır nəticəsi

ABŞ-İsrail və İran müharibəsi gündə 12 milyon barel neft tədarükünün itirilməsinə səbəb olub.

Publika.az “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı dierktoru Fatih Birol bildirib.

Onun sözlərinə görə, davam edən hadisələr səbəbindən neft tədarükündəki fasilələr mart ayına nisbətlə cari ayda daha çox artacaq və bunun nəticələri tezliklə Avropada da hiss olunacaq.

“Bu gün ən böyük problem reaktiv yanacaq və dizel çatışmazlığıdır. Biz bunu Asiyada görürük, amma düşünürəm ki, tezliklə aprel və ya may aylarında Avropaya da çatacaq. İndiyə qədər müharibə gündə təxminən 12 milyon barel neft tədarükünün itirilməsinə səbəb olub və təxminən 40 əsas regional enerji aktivinə zərər vurub”, - deyə Birol qeyd edib.

Seçilən
22
publika.az

1Mənbələr