AZ

Xəzərdə yeni reallıq: hərbi risklər və dağılan nəqliyyat balansı- ÖZƏL

"İsrailin Xəzərin Bəndər Ənzəli limanına endirdiyi zərbələr regionda hərbi əməliyyatların coğrafiyasının genişlənmə  ehtimallarını artırıb. Bu liman Rusiya və İran arasında tranzit yükdaşınmalarında ciddi əhəmiyyət kəsb edir". 
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Şimal-Cənub nəqliyyat dəhlizi ilə Rusiyadan İrana və əksinə daşınan yüklərin həcminin 2025-ci ildə 14,2 milyon tona çataraq 2024-cü illə müqayisədə 34% artmasında bu limanın müstəsna əhəmiyyəti olmuşdur. İsrailə gəlincə o məlum liman vasitəsilə Rusiyadan İrana çatdırılmış yük konteynerlərinə, tankerlərə hücumu həyata keçirməklə tərəflər arasında yükdaşınmaların sonrakı taleyini ciddi sual altına qoymuşdur. Bu fakt tərəfdaşlıq, sülh və əməkdaşlıq hövzəsi kimi region dövlətləri və beynəlxalq birlik tərəfindən qəbul olunan Xəzərin hüquqi statusuna, su hövzəsinin təhlükəsizliyinə birbaşa təhdiddir. Bu təhdid Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına zərbə vurmaqla yanaşı Xəzər ətrafındakı bir sıra geosiyasi səciyyəli layihələrin də, o cümlədən Tramp marşurutunun, Zəngəzur, nəhayət Şimal-Cənub nəqliyyat dəhlizinin də realizə edilməsi istiqamətində atıla biləcək addımlara mane ola bilər.
İsrailin Xəzər su hövzəsi ətrafında təcavüzkar hərəkətləri regionda iqtisadi maraqları olan Xəzəryanı dövlətləri özlərinin təhlükəsizliyi ilə bağlı amilləri nəzərə alaraq adekvat addımlar atmağa sövq edəcək ki, bu isə Xəzərdə gərginliyə səbəb olmaqla su hövzəsində militaristləşməni gücləndirə bilər.
Xəzərin sülh və təhlükəsizlik hövzəsi olacağını bəyan dövlətlər bu amilləri nəzərə alaraq birgə və kordinasiya edilmiş addımlar atmağı zəruri bilə bilərlər. Zira İsrailin təcavüzü Xəzər hövzəsində və ətrafında təhlükəsizlik arxitekturasının yenidən cızılmasına olan cəhddir və bir sıra hallarda onun hətta ABŞ-la razılaşdırılmaması hələlik regional konteksdə genişlənən qarşıdurmanın dünya birliyi üçün qlobal təhdidə cevrilmə ehtimallarını gücləndirir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr