AZ

Bayram günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub

Novruz və Ramazan bayramları (20-30 mart) ərəfəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-dən E-saglam.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.

Çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. 59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət martın 21-də qeydə alınıb. Belə ki, həmin gün müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.

E-saglam.az 

Seçilən
11
12
e-saglam.az

10Mənbələr