AZ

Ət bahalaşdı

Bayramdan sonra bazarda ətin qiymətində artım müşahidə olunur. Belə ki, bir neçə gün öncə 17 manata satılan ət artıq 18 manatdan, 18 manata satılan yerlərdə isə 19 manatdan təklif olunur.

Ər bazarında qiymət artımının səbəbi nədir? Yaxın gələcəkdə qiymətlərin stabilliyi gözlənilirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ətin bahalaşmasının bir neçə səbəbi var:

“Qiymət artımının və ətin bahalaşmasının əsas səbəbi ölkədə ət istehsalının azalmasıdır. Son beş ildə həm qaramal, həm də davarların sayı kəskin azalıb. Bu, qiymətlərə birbaşa təsir edir. Əsas məsələ məhz budur”.

İqtisadçı əlavə edib ki, yan təsirlər də mövcuddur:

“Əlbəttə, digər amillər də rol oynayır. Məsələn, dizel yanacağının bu ilin əvvəlində 10 faiz artması qiymətə təsirsiz ötüşməyib. Amma fundamental səbəb mal-qaranın sayının azalması və nəticədə ət istehsalının aşağı düşməsidir”.

Seçilən
34
1
konkret.az

2Mənbələr