Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir.
Far.Az xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur.
Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.