AZ

Yağış suyu quruduqdan sonra xəstəliklər başlayacaq? PROFESSOR

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son günlər Bakı və Abşeron ətrafı ərazilərdə yağan leysan yağışdan sonra bir sıra həyət evlərini su basıb. 

Yağış sularının çəkilməsindən sonra isə ətraf mühitdə bir sıra virus və xəstəliklərin yayılma riski artır. Durğun su, çirkab və nəmli şərait xəstəlik törədicilərinin çoxalması üçün əlverişli mühit yaradır. Bu isə sakinlər üçün həm qısa, həm də uzunmüddətli sağlamlıq problemləri ilə nəticələnə bilər. 

Bəs yağış sularının çəkilməsindən sonra həmin ərazilərdə hansı xəstəliklər yayıla bilər? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, təbii fəlakət zonalarında müxtəlif xəstəliklərin yayılmasının qarşısının alınması üçün bir tərəfdən müvafiq strukturlar, yəni Fövqəladə Hallar Nazirliyi, digər tərəfdən isə Sanitar-Epidemiologiya İdarəsi və digər aidiyyəti qurumlar əhaliyə həm texniki yardım etməli, həm də tövsiyələr verməlidirlər: 

“Subasma halı təkcə Azərbaycanda deyil. Amerika və digər xarici ölkələrdə də bu cür hallar baş verir. Bu zaman mümkün nəticələri aradan qaldırmaq üçün tədbirlər planı mövcuddur və həmin planlar beynəlxalq standartlar əsasında həyata keçirilir. 

Su basmış ərazilərin, xüsusən də zirzəmilərin qurudulması gələcəkdə ağcaqanadların, göbələyin və digər infeksiyaların qarşısını almaq üçün vacibdir. Həmçinin, ərazidə olan insanlara texniki və konsultativ yardım göstərilməlidir. Belə yerlərdə ən çox yayılan xəstəliklər nəmişliklə bağlı olur. 

Bronxial astması və revmatik xəstəlikləri olan şəxslərdə xəstəliklərin kəskinləşməsi müşahidə edilə bilər. Nəmişlik olan yerlərdə göbələk inkişaf edir və müxtəlif infeksiyalar üçün şərait yaranır. Məsələn, ağcaqanadlar toplaşa bilər və bir çox infeksiyaların yayılması üçün münbit mühit əmələ gətirir. 

Quruma baş verdikdən sonra inkişaf edən göbələklər nəfəs yollarına düşə bilər və nəticədə ağciyərdə göbələk xəstəlikləri, məsələn, aspergilloz, inkişaf edə bilər”. Professor qeyd edib ki, həmin zonaların qurudulması və mümkün fəsadların aradan qaldırılması üçün televiziya kanalları vasitəsilə əhaliyə məlumat verilməsi vacibdir.

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

su basma Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr