AZ

İllər sonra həmin səhnənin qurama olduğunu açıqladı

ain.az bildirir, Axsham.az portalına istinadən.

Maqazin şərhçisi Bircan Bali 4 il sonra "Söylemezsem olmaz" proqramında həmkarı Seren Serengillə yaşadığı qalmaqaldan danışıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aparıcı həmkarının şou göstərdiyini və bunu ortaya çıxarmamaq üçün həmin anda susduğunu iddia edib.

"Serenin çənəsinin qıc olmadığını bilirdik. Həmin səhnənin arxa planını danışmaq istəmirəm, çünki onun adına hörmətim var. İzləyicisinə hörmətsizlik olacaq məqamlar var. Mən istədim ki, elə qalsın, onun çənəsinin qıc olduğunu düşünsünlər. Susdum, çünki yalan danışa bilmərəm" deyə, Bircan açıqlayıb.

Qeyd edək ki, 2022-ci ildə Bircanla aralarında yaşanan qalmaqala görə Serenin əsəbdən çənəsi qıc olub, xəstəxanaya yerləşdirilmişdi. Bunun ardınca o, proqramdan ayrılmışdı. Daha sonra Bircan da layihəyə vida edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
axsam.az

1Mənbələr