Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda "Qarabağ hərəkatı"na son qoyulmasının vacibliyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb.
Paşinyan bildirib ki, o artıq Ermənistanda açıq şəkildə bəyan edib ki, "Qarabağ hərəkatı"nı davam etdirməməlidirlər: "Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - deyə baş nazir əlavə edib.
"İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb", - deyə Ermənistanın baş naziri əlavə edib.
Telegram kanalımız