AZ

Dəbdən düşən 5 geyim trendi açıqlandı

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az bu barədə Vogue France nəşrinə istinadən məlumat verir. Ekspertlərə görə, həddindən artıq "oversize" geyimlər, mürəkkəb dekorativ elementlər, həddindən artıq dar cins və yüksək bel kəsimli şalvarlar dəbdən düşür. Bunun əvəzində isə bir neçə mövsüm istifadə oluna bilən universal və baza geyimlərinə üstünlük verilir. Xüsusilə təbii və neytral rənglər ön plana çıxır. Onların fikrincə, bu yanaşma həm aktual görünüş yaratmağa, həm də daha funksional və balanslı qarderob formalaşdırmağa imkan verir. Stilistlərin sözlərinə görə, ağ rəng yeni mövsümdə əsas üslub elementlərindən birinə çevrilərək yaz və yay aylarında yüngüllük və sadəlik hissini önə çəkir. Ekspertlər vurğulayırlar ki, dəyişikliklər yalnız estetik amillərlə deyil, həm də həyat tərzi ilə bağlıdır – insanlar rahatlığa, praktikiliyə getdikcə daha çox önəm verməyə başlayıblar. Röya Əliyeva

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
azvision.az

1Mənbələr