AZ

Putin: Rusiyanın Ermənistanla ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edir

Ötən il Rusiya və Ermənistanın ticarət dövriyyəsi 6,4 milyard dollar təşkil edib.

"Far.Az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"İki il əvvəl dövriyyə 11 milyard dollar idi. Ötən 2025-ci ildə isə - 6,4 milyard dollar. Diqqəti ona yönəltmək istəyirəm ki, bu, qonşu ölkə Azərbaycanla 5 milyard dollardan azdır - 4,9 milyard dollardır", - Putin deyib.

O əlavə edib ki, 6,5 milyard dollardan 1,2 milyard dolları kənd təsərrüfatı məhsullarının payına düşür: "Tərəvəz, meyvə, şərab - Ermənistanın ixrac etdiyi hər şey".

"Mənim fikrimcə, bəzi məsələlər münasibətlərimiz üçün çox vacibdir - bu, məsələn, energetikadır", - Putin qeyd edib.

Seçilən
23
1
far.az

2Mənbələr