Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
"Düşünürəm ki, 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıqdan sonra KTMT-nin bu prosesə müdaxiləsinin tamamilə yersiz olacağı da eyni dərəcədə aydındır. Bu proses Azərbaycan daxili məsələsinə çevrilib" - Putin qeyd edib.
Onun sözlərinə görə, Qarabağ ən həssas məsələ idi: "Bilirik ki, həm sizin, həm də tərəfdaşlarınızın KTMT-yə qarşı sualları, problemləri və şikayətləri olub və olmaqda davam edir. Biz daim bu mövzuya qayıdırıq", - deyə Putin vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31