AZ

"Mançester Siti" transfer bombasını partladır

Premyer Liqanın son çempionu "Mançester Siti" heyətini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"in gənc ulduzu Elliot Andersonu özlərinin bir nömrəli transfer hədəfinə çeviriblər.

Hazırda bu transfer yarışında lider mövqeyində olan Siti rəhbərliyi, keçidi Dünya Çempionatından əvvəl rəsmiləşdirməyə çalışır. Buna səbəb futbolçunun hazırkı 100 milyon funt-sterlinqlik qiymətinin turnirdən sonra daha da artmaq ehtimalıdır.

"MailSport" nəşrinin yaydığı məlumata görə, Mançester təmsilçisi gənc istedadı rəqiblərinə qapdırmamaq üçün danışıqları sürətləndirib. Andersonun hücum potensialı və nümayiş etdirdiyi stabil oyun Qvardiolanın diqqətini çəkən əsas amillərdir.

Əgər razılıq əldə olunarsa, bu keçid Premyer Liqa tarixinin ən bahalı transferlərindən biri kimi qeydə alınacaq.

Seçilən
24
49
fanat.az

10Mənbələr