AZ

Bekayi: Trampın atəşkəslə bağlı açıqlamaları doğru deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ prezidenti Donald Trampın açıqlamalarına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, Bekayi Trampın atəşkəslə bağlı iddiaları ilə bağlı Əl-Cəzirə televiziyasına açıqlama verib.
ABŞ prezidenti Donald Trampın "İranın yeni rejiminin lideri ondan atəşkəs istəyib" açıqlaması ilə bağlı Bekayi "Trampın atəşkəslə bağlı açıqlamaları doğru deyil" şərhini verib.

Tramp sosial media hesabında paylaşım edərək ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə ilə bağlı açıqlamalar verib.

Prezident Tramp bildirib ki, "Sələflərindən daha az radikal və daha ağıllı olan İranın yeni rejiminin rəhbəri ABŞ-dan atəşkəs istəyib" və əlavə edib ki, Hörmüz boğazı təhlükəsiz şəkildə yenidən trafikə açılanda bunu nəzərdən keçirəcəklər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
28
turkustan.az

1Mənbələr