AZ

Media: ABŞ nin itirdiyi MQ 9 tipli PUA ların sayı 16 ya çatıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qahirə, 1 aprel, AZƏRTAC

ABŞ hərbi qüvvələri İranın mərkəzində yerləşən İsfahan yaxınlığında daha iki “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) itirib. Bununla da ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar dövründə itirilən bu tip aparatların ümumi sayı 16-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə CBS News adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, “MQ-9 Reaper” pilotsuz uçuş aparatları əsasən kəşfiyyat, müşahidə və məlumat toplama məqsədilə istifadə olunur, eyni zamanda dəqiq zərbələr endirmək imkanına malikdir.

Məlumata görə, bu aparatların müasir hava hücumundan müdafiə sistemlərinə malik ölkələrdə daha asan hədəfə çevrildiyi qeyd olunur. Onların maksimal sürəti saatda təxminən 300 mil təşkil edir ki, bu da 1200–1900 mil/saat sürətə çatan döyüş təyyarələri ilə müqayisədə xeyli aşağıdır.

Qeyd olunub ki, “MQ-9 Reaper” tipli bir pilotsuz aparatın dəyəri növündən asılı olaraq 30 milyon ABŞ dollarından artıq ola bilər.

Eyni zamanda, İran dövlət mediası ölkənin İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən İsfahan üzərində ABŞ-a məxsus “MQ-9” pilotsuz aparatının vurulduğunu iddia edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
5
azertag.az

9Mənbələr