AZ

Bu ölkə evdən iş rejiminə keçir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Malayziyada dövlət sektorunun onlayn iş rejiminə keçməsi ilə bağlı yayılan xəbərlər gündəmdədir. Məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr aparılsa da, ölkənin tam şəkildə məsafədən işləmə sisteminə keçəcəyi təsdiqlənməyib.Məlumata görə, Malayziya hökuməti dövlət qurumlarında “work from home” (evdən iş) modelinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu istiqamətdə baş nazir tərəfindən müvafiq qurumlara tapşırıqlar verilib və məsələ hazırda kabinet səviyyəsində qiymətləndirilir.Rəsmi şəxslər bildirir ki, mümkün dəyişikliklər yalnız dövlət sektoruna aid olacaq və bütün sahələri əhatə etməyəcək. Xüsusilə ön cəbhədə çalışan xidmət sahələrinin əvvəlki qaydada fəaliyyətini davam etdirəcəyi qeyd olunur.Mövzunun gündəmə gəlməsinin əsas səbəbləri arasında artan yanacaq xərcləri, enerji qiymətlərindəki yüksəliş və iş yükünün optimallaşdırılması məqsədi göstərilir. Həmçinin bəzi region ölkələrində oxşar addımların atılması da bu qərara təsir edən amillər sırasındadır.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr