Avropada Milli Basketbol Assosiasiyası (NBA) layihəsinə yatırımlar 1 milyard dollardan çox olacaq.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat verib.
Jurnalistin bildirdiyinə görə, 120-dən çox potensial investor Şimali Amerika liqası tərəfindən idarə olunan yeni çempionatın yaranmasına ciddi maraq göstərib.
Layihənin 2027-ci ildə başlaması gözlənilir və turnirdə 16 komanda iştirak edəcək, onlardan 12-si daimi lisenziyalara sahib olacaq.