AZ

Bakıkart istifadəçilərinə şad xəbər

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Bakıkart” mobil tətbiqində yaranmış nasazlıq artıq aradan qaldırılıb, vətəndaşların balansı bərpa olunub.

Globalinfo.az xəbər verir ki, problem mobil tətbiqin yenilənmiş versiyada istifadəyə verilməsindən sonra həll edilib.

Xatırladaq ki, bu problem ötən ilin avqust ayından yaranmışdı.

“Bakıkart” Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub. Onun mobil tətbiqi vətəndaşlara balanslarını idarə etməyə və kartla ödəniş etməyə imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
globalinfo.az

1Mənbələr