AZ

Hər il milyonlarla can alan vərəmə qarşı yeni silah: Klinik sınaqlar uğurla başa çatdı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ alimləri yoluxucu vərəm xəstəliyini dəqiq aşkarlamağa imkan verən yeni qan analizi üsulu hazırlayıblar.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "UC Davis" institutunun rəsmi saytında dərc edilib.

"Mycobacterium tuberculosis" bakteriyası tərəfindən törədilən vərəm, xəstənin öskürməsi, asqırması və ya danışması zamanı hava-damcı yolu ilə ötürülür. Xəstəlik əsasən ağciyərləri zədələsə də, digər orqanlarda da ağır fəsadlar törədə bilər. Antibioitiklərlə müalicə mümkün olsa da, vərəm hər il dünyada bir milyondan çox insanın ölümünə səbəb olan ən təhlükəli infeksiyalardan biri olaraq qalır.

Hazırda istifadə edilən "Mantu" dəri sınağı və "qamma-interferon" ifrazı üzrə qan analizi (IGRA) yalnız orqanizmin bakteriya ilə təmasda olduğunu göstərir. Bu üsullar xəstəliyin aktiv forması ilə latent (gizli) infeksiyanı bir-birindən ayırmağa imkan vermir. Latent formada insan yoluxmuş olur, lakin xəstələnmir və başqaları üçün yoluxucu hesab edilmir.

Yeni test isə fərqli işləyir. O, immunitet sisteminin vərəm zülallarına reaksiyasını qiymətləndirməklə yanaşı, məhz xəstəliyin aktiv formasına xas olan antikorları müəyyən edir. Bu, pasiyentin həqiqətən xəstə olduğunu və ətraf üçün yoluxucu təhlükə yaratdığını dərhal aşkar etməyə imkan verir.

Metodun effektivliyi 2019-2023-cü illərdə Hindistanda 600-dən çox insanın iştirakı ilə aparılan klinik sınaqlar zamanı öz təsdiqini tapıb. Test böyüklərdə ağciyər vərəminin aşkarlanmasında yüksək dəqiqlik nümayiş etdirib.

Tədqiqatçılar hesab edirlər ki, yeni analiz Hindistan Tibbi Tədqiqatlar Şurasının təsdiqindən sonra klinik praktikada geniş tətbiq ediləcək. Müsbət rəy alınarsa, test vərəmin geniş yayıldığı digər ölkələrdə də əlçatan olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
oxu.az

1Mənbələr