AZ

17 ildən sonra şəhərin ilk körpəsini qarşıladılar

Cənubi Koreyada kiçik bir şəhər 17 ildən sonra ilk körpəsini qarşılayıb.

Hakimiyyet.az “Good News Network”a istinadən xəbər verir ki, bu, Hongseong qraflığının Unha-myeon şəhərciyidir.

Belə ki, burada martın 19-da oğlan uşağı dünyaya gəlib. Hətta yeni doğulan körpənin şərəfinə mərkəzi küçədə təbrik banneri də yerləşdirilib. Yerli hakimiyyət orqanları bu hadisəni son illərdə əhalinin 2600-dən 2000-ə qədər kəskin azalması müşahidə edən şəhər üçün “xüsusi hədiyyə” adlandırıb.

Bununla yanaşı, sakinlər daha bir müsbət əlaməti qeyd ediblər: kəndin yeganə məktəbinə dörd yeni şagird qəbul olunub və bununla da şagirdlərin ümumi sayı 17-yə çatıb.(qafqazinfo)

Seçilən
30
5
hakimiyyet.az

6Mənbələr