AZ

"SpaceX" gizli şəkildə IPO üçün müraciət edib

BAKI, 2 aprel. TELEQRAF

"SpaceX" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına IPO üçün gizli müraciət təqdim edib.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) üçün sənədləri məxfi qaydada təqdim edib.

Məlumata görə, "SpaceX" bu proses çərçivəsində 75 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Şirkətin ümumi bazar dəyərinin isə 1,75 trilyon dollar qiymətləndirildiyi qeyd olunur.

Seçilən
33
teleqraf.com

1Mənbələr