AZ

NASA Ay missiyası çərçivəsində 4 astronavtı kosmosa göndərib -

BAKI, 2 aprel. TELEQRAF

NASA Artemis II missiyası çərçivəsində 4 astronavtı Ay ətrafına uçuş üçün kosmosa göndərib.

Teleqraf xəbər verir ki, raket ABŞ-nin Florida ştatındakı Kanaveral kosmodromundan buraxılıb və bu missiya son yarım əsrdə ilk insanlı Ay uçuşu hesab olunur .

Məlumata görə, Space Launch System (SLS) raketi və “Orion” kosmik kapsulu ilə həyata keçirilən missiyada üç amerikalı və bir kanadalı astronavt iştirak edir.

Qeyd olunur ki, ekipaj Ay ətrafında uçuş həyata keçirərək təxminən 10 gün davam edəcək missiya çərçivəsində kosmik gəminin imkanlarını sınaqdan keçirəcək.

Bildirilir ki, bu proqram ABŞ-nin yaxın illərdə Ay səthinə yenidən insan göndərmək planının mühüm mərhələsi hesab olunur.

Məlumata görə, bu uçuş insanlığın indiyə qədər həyata keçirdiyi ən uzaq kosmik səfərlərdən biri olacaq.

Seçilən
82
teleqraf.com

1Mənbələr