AZ

Ukrayna Kanadadan 14,4 milyon dollar məbləğində yardım alacaq

Bakı. Trend:

Ukrayna enerji sektorunun yenidən qurulması məqsədilə Kanadadan20 milyon Kanada dolları (təxminən 14,4 milyon ABŞ dolları)həcmində maliyyə dəstəyi əldə edəcək.

Trend xəbər verir ki, bubarədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “Telegram” hesabındapaylaşım edib.

Sviridenko qeyd edib ki, Kanadanın davamlı dəstəyini və UkraynaEnerji Dəstək Fonduna yaxın vaxtlarda ayırdığı 20 milyon Kanadadolları məbləğində vəsaiti yüksək qiymətləndirirlər.

Seçilən
93
az.trend.az

1Mənbələr