AZ

İraq neftinin Suriyaya ixracı başlandı

İraqdan neft daşıyan ilk avtomobil karvanı Suriyanın Aralıq dənizi sahilində yerləşən liman şəhəri Baniyasa çatıb.

Musavat.com xəbər verir ki, məlumatı Suriya dövlətinə məxsus Suriya Neft Şirkəti yayıb.

Şirkətin açıqlamasında bildirilir ki, İraq nefti yerli neft emalı zavodunda emal və "hazır məhsulların qlobal bazarlara ixracı" üçün Baniyasa çatdırılıb. Şirkət qeyd edib ki, neft emalı zavodunun texniki qrupları "artıq boşaltma əməliyyatlarına başlayıblar". Suriya Neft Şirkəti əlavə edib ki, "bu addım neft daşıyan avtomobillərə son təyinat yerinə daşınması üçün yenidən yükləməyə hazırlıq aparan hərtərəfli təchizat planının bir hissəsidir".

İraqın cənub bölgəsindən Baniyasa gedən ilk neft daşıyan yük maşınları aprelin 1-də Əl-Tanf quru keçid məntəqəsindən Suriyaya keçiblər.

Musavat.com

Seçilən
50
musavat.com

1Mənbələr