AZ

Neft, Trampın "İrana həddindən artıq sərt sərt müdaxilə" siqnalı ilə yenidən bahalaşıb

Neft, ABŞ Prezidenti Donald Trampın yaxın iki-üç həftə ərzində İrana qarşı daha çox hərbi hücum edilə biləcəyi barədə xəbərdarlıq etməsindən sonra yenidən bahalaşıb. Bu vəziyyət münaqişədə yaxın zamanda yumşalma olacağı ilə bağlı gözləntiləri zəiflədib. 

Marja xəbər verir ki, ABŞ xam nefti (WTI) üzrə fyuçerslər 4,1 faiz artaraq bir barel üçün 104,21 dollara yüksəlib. Beynəlxalq istinad göstəricisi olan Brent nefti üzrə fyuçerslər isə 6 faizə yaxıb artaraq bir barel üçün 106,9 dollara çatıb (Bakı vaxtı ilə saat 09:44-ə olan məlumat).

Tramp çıxışında neft qiymətlərindəki artımı “İran rejiminin kommersiya neft tankerlərinə və münaqişə ilə əlaqəsi olmayan qonşu ölkələrə qarşı ağılsız terror hücumları başlatması” ilə əlaqələndirib.

Çərşənbə günü xalqa müraciətində ABŞ-ın yaxın iki-üç həftə ərzində İranı “həddindən artıq sərt” şəkildə vuracağını bildirib. Bununla belə, müharibənin uzun davam etməyəcəyini və Tehranla danışıqların davam etdiyini qeyd edərək diplomatik həll ehtimalının hələ də masada olduğunu vurğulayıb.

Tramp “Bu işi bitirəcəyik və çox tez bitirəcəyik,” deyib

Dünya neft və qaz axınının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazındakı trafik, 28 fevralda başlayan ABŞ-İsrail ilə İran arasındakı müharibədən sonra demək olar ki, tamamilə dayanıb. Bu isə enerji qiymətlərinin sürətlə yüksəlməsinə və dünyanın ən ciddi enerji böhranlarından birinə səbəb olub.

Oxford Analytica şirkətinin siyasi risk analitiki Giles Alston bildirib ki, Hörmüz boğazından neft tankerlərinin keçidinin yaxın zamanda yenidən başlaması çox da mümkün görünmür.

Alston deyib: “ABŞ-ın Hörmüz boğazından neftin necə çıxarılıb daşınacağı məsələsində mövqeyindən böyük ölçüdə geri çəkildiyi getdikcə daha aydın görünür. Bu artıq nefti həmin boğazdan keçirənlərin özlərinin həll etməli olduğu məsələdir.”

Tramp bildirib ki, İranın “yeni rejim prezidenti” ABŞ-dan atəşkəs istəyib, lakin bunun yalnız Hörmüz boğazı “açıq, azad və təhlükəsiz” olduğu halda nəzərdən keçirilə biləcəyini deyib. “O vaxta qədər İranı məhv edəcəyik və ya onların dediyi kimi, Daş dövrünə qaytaracağıq” ifadələrini işlədib.

İş elanları AzVak.az-da

neft qiymətləriBrent neftiWTI neftineft fyuçerslərineft bazarıqlobal enerji bazarıABŞ Prezidenti Donald TrampDonald Tramp İran açıqlamasıABŞ İran münaqişəsiİran ABŞ müharibəsiHörmüz boğazıHörmüz boğazı böhranıqlobal enerji böhranıneft tanker hücumlarıİran neft tankerləri hücumuneft qiymətlərinin artmasıenerji qiymətlərinin artmasıdünya neft bazarıneft tədarükü riskiOxford AnalyticaGiles Alstonneft nəqliyyatıHörmüz boğazı neft axınıgeosiyasi risklər neft bazarıqlobal neft ticarəti
Seçilən
33
2
marja.az

3Mənbələr