AZ

Trampdan İrana SON XƏBƏRDARLIQ: 2-3 həftəyə…

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı sərt açıqlamalar verib.

NOCOMMENT.az -ın xəbərinə görə, o bildirib ki, yaxın 2-3 həftə ərzində Amerikanın İrandakı bütün hərbi hədəfləri məhv ediləcək və əməliyyatlar qısa müddətdə tamamlanacaq.

Tramp çıxışında qeyd edib ki, ABŞ və İsrailin Tehranı bombalaması ilə başlayan müharibədən bir ay keçir və son həftə ərzində İran ordusu ciddi itkilər verib. Onun sözlərinə görə, İranın donanması və hava qüvvələri böyük ölçüdə məhv edilib və İran artıq əvvəlki kimi təhdid deyil.

ABŞ prezidenti bildirib ki, “Epik Qəzəb” adlandırılan əməliyyatın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Tramp iddia edib ki, İran nüvə silahı əldə etmək üzrə idi və diplomatik razılaşmaları rədd etdiyi üçün hərbi əməliyyat qərarı verilib.

Tramp həmçinin vurğulayıb ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısıdır və Səudiyyə Ərəbistanı ilə Rusiyanın birlikdə hasil etdiyindən daha çox neft istehsal edir. O əlavə edib ki, ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.

ABŞ prezidenti İranın neft infrastrukturunun hələ hədəfə alınmadığını, lakin lazım gələrsə, bu addımın atıla biləcəyini də istisna etməyib. O bildirib ki, İranın radar sistemləri artıq məhv edilib və ölkə hərbi baxımdan ciddi şəkildə zəiflədilib.

Sonda Tramp qeyd edib ki, məqsəd əməliyyatları tez bir zamanda başa çatdırmaqdır və bunun üçün ABŞ ordusu bütün hədəflərə zərbə endirməyə hazırdır. Onun sözlərinə görə, bu əməliyyatlardan sonra ABŞ daha təhlükəsiz və daha güclü olacaq.

Sara
NOCOMMENT.az

Seçilən
19
nocomment.az

1Mənbələr