AZ

Zahirəddin İbrahimovun məhkəməsi başladı

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.

Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə ötən ilin mart ayında həbs edilib.

Seçilən
36
9
publika.az

10Mənbələr