AZ

“Bakı Konqres Mərkəzi” 2.6 milyon manata yeni avtomobillər alıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Bakı Konqres Mərkəzi MMC xidməti minik avtomobillərinin satın alınması ilə bağlı satınalma həyata keçirib.

Banker.az xəbər verir ki, satınalmanın nəticəsinə əsasən, qalib şirkət RAMMA QSC olub.

Müqavilənin ümumi dəyəri 2 milyon 640 min manat təşkil edir.

Satınalma çərçivəsində ümumilikdə 36 ədəd hibrid tipli xidməti minik avtomobilinin alınması nəzərdə tutulub. Bunlardan 21 ədədi D seqment (mid-size), 15 ədədi isə E seqment (full-size) sedan avtomobillərdir.

Seçilən
29
banker.az

1Mənbələr