AZ

İndoneziya sahillərində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb

İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə İndoneziya KİV-ləri məlumat yayıb.

Sunaminin hündürlüyü 75 santimetrə çatıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Ternatedən təxminən 126 kilometr qərb-şimal-qərb istiqamətində, 35 km dərinlikdə baş verib.

Daha əvvəl ABŞ-nin sunami xəbərdarlığı sistemi sunami dalğalarının Yaponiya, Malayziya, Filippin və digər yaxın ölkələrin sahillərinə çata biləcəyi barədə xəbərdarlıq etmişdi.

Seçilən
34
1
ikisahil.az

5Mənbələr