Məşhur sənətçi Fatih Ürekin vəfatından sonra onun böyük sərvəti ilə bağlı detallar açıqlanıb.
Milli.Az xəbər verir ki, jurnalist Seyhan Ərdağın verdiyi məlumata görə, Ürekin Bodrumda təxminən 170 milyon TL dəyərində malikanəsi, Ataşehirdə isə 5 mənzili olub.
Bundan əlavə, onun aktivlərinə 6 milyon TL dəyərində avtomobil, bank hesablarında böyük məbləğdə pul və qiymətli zinət əşyaları daxildir.
Qeyd edək ki, sənətçi 2025-ci ilin oktyabrında keçirdiyi ürək tutmasından sonra uzun müddət müalicə alsa da, 30 yanvar tarixində vəfat edib.
Milli.Az