AZ

54 ildən sonra Aya ilk dəfə insanlı kosmik gəmi buraxıldı

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

NASA dörd astronavtı daşıyan Orion kosmik gəmisi Aya doğru hərəkət edən Artemis II adlı pilotlu Ay missiyasını uğurla həyata keçirib.

Redaktor.az-ın məlumatına görə, Orion kosmik gəmisi Florida ştatındakı Kennedi Kosmik Mərkəzindəki 39A buraxılış meydançasından SLS (Kosmik Buraxılış Sistemi) buraxılış vasitəsi vasitəsilə kosmosa buraxılıb.

Ekipajda NASA astronavtları Reid Viseman, Viktor Qlover və Kristina Koç, eləcə də Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Ceremi Hansen var. Qlover ilk afroamerikalı, Koç isə ekipajla birlikdə Aya uçuş edən ilk qadın olub.

Uçuş 10 gün davam edəcək. Kosmik gəminin Ay ətrafında fırlanaraq Yerə qayıtması planlaşdırılır.

Artemis II ABŞ-nin yeni Ay proqramının ikinci mərhələsidir. Artemis I 2022-ci ildə pilotsuz şəkildə buraxılıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
2
redaktor.az

3Mənbələr