AZ

Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir

ain.az, Newscenter.az saytına istinadən bildirir.

"Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 10 il ötür. Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi".Newscenter.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir:"Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi".Millət vəkili diqqətə çatdırıb ki, Kürdəmir rayonu həmin döyüşlərdə iki qəhrəman övladını şəhid verdi:"Ordumuzun baş leytenantı, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş pilot Əbubəkr Ismayilov və kəşfiyyatçı, gizir, ölümündən sonra " Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilmiş Tural Qurbanov öz canlarını Vətənə qurban verərək adlarını xalqımızın tarixinə qızıl hərflərlə həkk etdilər. Allah şəhidlərimizə rəhmət eləsin".Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
newscenter.az

2Mənbələr