AZ

"İranı daş dövrünə qaytaracağıq"

"Amerikanın İrandakı bütün hərbi hədəflərini qısa müddətdə tamamlayacağıq. Növbəti 2-3 həftə ərzində onlara güclü zərbələr endirib onları Daş dövrünə qaytaracağıq".

Milli.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ-ın Hörmüz boğazına ehtiyacı olmadığını vurğulayan Tramp əlavə edib:

"Əgər dünya ölkələri Hörmüz boğazından neft alırsa, bunu edənlər özləri olmalıdır, onlar yol göstərənlər olmalıdır. Onlar nefti satmaq istəyəcəklər, çünki onların sahib olduqları tək şey budur".

Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirməyə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei və onlarla yüksək rütbəli şəxs hücumlar zamanı ölüb.İran da öz növbəsində həm İsrailə həm də ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

Fidan
Milli.Az

Seçilən
19
milli.az

1Mənbələr