AZ

"Bəzən deyilir ki, milliyə tapşırılmış uşaqlar çağırılır" - AFFA-nın baş katibi

BAKI, 2 aprel. TELEQRAF

AFFA iləEyeballarasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Teleqraf xəbər verir ki,
“Wyndham Garden” hotelində baş tutan imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev,“Eyeball” şirkətinin rəhbərliyi, media mənsubları və digər rəsmi şəxslər iştirak edib.
Müqaviləyə əsasən, “Eyeball” şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.

Cahangir Fərəcullayev çıxışında əməkdaşlıqıa bağlı məlumat verib: “Bundan sonra uşaq və gənclər liqalarında yeni struktur yaranır. Tutaq ki, U-15 liqaslında oyunda kamera quraşdırılır və bu kamrealar uşaqların hər birinin performansını ölçür. Daha sonra bu analizlər vasitəsilə uşaqlardan kimin hansı performansa malik olduğu, nəyə qadir olduğunu bilmək olacaq. Bu da klublarda uşaq futbolunun inkişafı dəstək olacaq. Bu da AFFA üçün vacib olacaq.

Data yığıldıqdan sonra hər bir oyunçunun performansının uzun müddət bazada qalamasına səbəb olacaq. Bu da millilərə uşaqların çağrılması üçün vacibdi. Bəzən deyilir ki, milliyə tapşırılmış uşaqlar çağrılır. Bu datalar bizə kömək edəcək ki, ən yaxşı uşaqlar milliyə çağrılır yoxsa yox.

İkinci vacib məqam budur ki, azərbaycanlı uşaqların çox az qismi Avropada çıxış edir. Bu data sistemi vasitəsilə də dünya skautları futbolçularlmızı izləyəcək bə 18 yaşına çatdıqda oyunçuya təkliflər edir. Bizdə bəzən 24-25 yaşlı futbolçuıarı gənc sayırıq, amma Avropada belə deyil. Ona görə uşaq futbolunda bu sistemi tətbiq edərək futbolçularımızın Avropa klublarında çıxış etməsinə kömək edəcəyik. Bundan sonra gənc oyunçulara uğurlar arzulayıram. İnanırıq ki, daha obyektiv və səmərəli formada gənclərimizi milli komandaya çağrılacaq".

Seçilən
26
teleqraf.com

1Mənbələr