AZ

Ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb

Bu gün Türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, humanitar və bir çox digər sahələrdə əlaqələrin inkişafı üçün mühüm imkanlar mövcuddur.

XQ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib, Təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu baxımdan, ölkələrimiz arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur.

Əli Əsədovun sözlərinə görə, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür.

Seçilən
12
5
xalqqazeti.az

8Mənbələr