ain.az, Cebheinfo saytına istinadən bildirir.
Kipr türk xalqının haqq işinə güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Baş nazir Əsədova minnətdarlığımı bildirmək istəyirəm.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, təşkilatın müşahidəçi üzvü Ünal Üstelin burda olmasından çox məmnundur:
"Kipr adası strateji mövqeyi ilə regionda baş verən son hadisələr fonunda bu gün daha da əhəmiyyət kəsb edir. Ona görə də biz KKTC-ni bu coğrafiyada türk dünyasının ortaq varlığını və ortaq maraqlarını təmsil edən bir ünsür kimi qəbul etməliyik".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.