AZ

Türkiyənin vitse-prezidenti: COP29-u uğurla keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq

"COP29-u uğurla keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

Çıxışında iqlim dəyişikliyi ilə mübarizəyə də toxunan C.Yılmaz, Türkiyənin COP31-ə sədrlik edəcəyini vurğulayıb:

"COP29-u uğurla keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq. COP31 sədrliyimiz dövründə məqsədimiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konstruktiv körpü qurmaqdır. TDT üzvlərini 9–20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək COP31-də görməkdən məmnun olarıq".

Seçilən
8
1
teleqraf.com

2Mənbələr