AZ

Rusiyadan İrəvana SƏRT MESAJ: “Nəticəsi ağır olacaq”

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan rəhbərliyinə açıq mesaj verərək bildirib ki, region ölkələrinin əksəriyyəti, hətta bəziləri Avropa İttifaqına üzv olsa belə, Rusiya dəmir yolu şəbəkəsindən istifadə və “Rusiya Dəmir Yolları” ilə əməkdaşlıqda maraqlıdır, lakin Ermənistan rəhbərliyi bu əməkdaşlığın davamını sual altına qoyur.

NOCOMMENT.az-ın məlumatına görə, Overçuk qeyd edib ki, dəmir yolu güzəşti ətrafında baş verən proseslər Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının siyasi məntiqinə uyğun gəlir.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi iqtisadi tənəzzül yaşayan və Rusiyaya qarşı yönəlmiş hərbi-siyasi blokla yaxınlaşma kursu götürüb.

Rusiya rəsmisi eyni zamanda iqtisadi münasibətlərə də toxunaraq xəbərdarlıq edib ki, əgər Rusiya biznesi Ermənistandan çıxarılarsa, bunun Rusiyada fəaliyyət göstərən erməni bizneslərinə necə təsir edəcəyi sual altındadır. Overçuk bildirib ki, bu sualın cavabı aydındır, lakin nə Ermənistan, nə də Rusiya bu ssenarinin reallaşmasını istəmir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Moskvanın bu açıqlaması İrəvana açıq iqtisadi və siyasi təzyiq mesajı kimi qiymətləndirilə bilər və regionda yeni gərginlik mərhələsinin başlaya biləcəyi istisna olunmur.

Sara

NOCOMMENT.az

Seçilən
29
nocomment.az

1Mənbələr