AZ

Dövlət əmlakı olan 40 nəqliyyat vasitəsi hərracda satılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 2 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən aprelin 1-də keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 7, 14, 21 və 28 aprel tarixlərində keçiriləcək. Ümumilikdə hərraclara 3 obyekt və 130 nəqliyyat vasitəsi çıxarılıb. Daşınmaz əmlaklar Bakı, Sumqayıt və Şəki şəhərlərində yerləşir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
8
azertag.az

10Mənbələr