BAKI, 2 aprel. TELEQRAF
AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Teleqraf xəbər verir ki,
“Wyndham Garden” otelində baş tutan imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, "Eyeball" şirkətinin direktoru Manfred Lerl və digər rəsmi şəxslər iştirak edib.
Müqaviləyə əsasən, “Eyeball” şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.