Hansı istiqamətlərdə tıxac var?
Yolun bir hissəsinin qapadılması və aparılan işlər zəncirvari reaksiya yaradaraq aşağıdakı istiqamətlərdə kəskin sıxlığın yaranmasına səbəb olub:
-
“Koroğlu” metro stansiyası istiqaməti;
-
Alı Mustafayev və Əbdülvahab Salamzadə küçələri;
-
“20 Yanvar” dairəsi;
-
Moskva və Tbilisi prospektləri;
-
Bakı-Sumqayıt şosesi (şəhər istiqaməti)
"Hazırda polis əməkdaşları ərazidədir və müxtəlif istiqamətlər üzrə yaranmış sıxlığın aradan qaldırılması, hərəkətin nizamlanması üçün zəruri tədbirlər görürlər", - deyə məlumatda qeyd olunub.