AZ

Özbəkistan Baş naziri: Qlobal təhdidlər fonunda TDT kimi regional təşkilatların rolu artmaqdadır

"Qlobal təhdid və çağırışlar fonunda TDT kimi regional təşkilatların rolu artmaqdadır"...

APA xəbər verir ki, bunu Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə çıxışı zamanı deyib.

Aripov iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin vacibliyini vurğulayaraq nəqliyyat və logistika infrastrukturunun inkişafı, Orta Dəhlizin potensialının artırılmasının vacibliyini qeyd edib: “Biz iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə Baş nazirlərin müavinlərinin sədrliyi ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq mexanizmlərinin yaradılmasını təşviq etməliyik”.

Baş nazir sənaye əməkdaşlığının və strateji sahələrdə tərəfdaşlığın genişləndirilməsinin də əsas istiqamətlərdən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu sahədə birgə layihələrin həyata keçirilməsi və dəyər zəncirlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır: “Gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, o cümlədən elektron sistemlərin tətbiqi ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək”.

Eyni zamanda, yaşıl transformasiya və dayanıqlı enerji sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Baş nazir əlavə edib ki, bu istiqamətdə atılacaq addımlar region ölkələri üçün yeni imkanlar yaradacaq.

Poliqon.info

Seçilən
6
5
poliqon.info

6Mənbələr