AZ

Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb

Ermənistanda baş verənlərdən asılı olmayaraq, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu xətti artıq tikilir.

Publika.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.

Overçuk qeyd edib ki, bu mövzu ilə maraqlanan hər kəs üçün Azərbaycanla Türkiyə arasında birbaşa ünsiyyətin mövcudluğunun Ankara və Bakı üçün müstəqil bir dəyər olduğu aydındır.

Onun sözlərinə görə, bu layihənin ideyası İrəvan, Bakı və Ankara arasında münasibətlərin normallaşdırılması mövzusu müzakirə olunmağa başlamazdan çox əvvəl hazırlanıb.

Seçilən
31
publika.az

1Mənbələr