AZ

Baş nazir: Xəzər–Qara dəniz marşrutu yeni bazarlara çıxışın genişlənməsinə imkan verəcək

Türkmənistan Orta Dəhlizin də təkib hissəsi olacağı "İpək Yolu"nun dirçəldilməsini təklif edir.

APA xəbər verir ki, bunu Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə çıxışı zamanı deyib.

“Qədim "İpək Yolu"nun yeni formatda dirçəldilməsi, müasir nəqliyyat və logistika infrastrukturu ilə inteqrasiyası region ölkələri üçün əlavə iqtisadi imkanlar yaradacaq”, - o bildirib.

Ataquliyev qeyd edib ki, regionda tranzit və logistika imkanlarının genişləndirilməsi üçün mövcud dəhlizlərdən daha səmərəli istifadə olunmalıdır. O, xüsusilə Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkərək marşrutların koordinasiyasının vacibliyini vurğulayıb:

“Xəzər–Qara dəniz marşrutu, Mərkəzi Asiya–Yaxın Şərq istiqaməti və Şərq–Qərb nəqliyyat dəhlizinin əlaqələndirilməsi ticarət dövriyyəsinin artmasına və yeni bazarlara çıxışın genişlənməsinə imkan verəcək”.

Çıxışda qeyd olunub ki, Türkmənistan nəqliyyat və logistika sahəsində birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır və bu istiqamətdə regional əməkdaşlığın dərinləşdirilməsini dəstəkləyir:

“Tranzit imkanlarımızdan tam istifadə etməklə yükdaşımaların həcmini artırmaq və marşrutları daha səmərəli etmək mümkündür”.

Seçilən
29
2
apa.az

3Mənbələr