AZ

Bakıda QORXUNC HADİSƏ: Binanın giriş qapısının üstündəki beton plitə uçdu - VİDEO

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində çoxmərtəbəli yaşayış binalarından birində təhlükəli hadisə baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.

Binanın giriş qapısı üzərində yerləşən beton plitə (günəşlik) qəfil uçub. Olay qəsəbənin Ə. Gülbabayev küçəsi 6 ünvanında yerləşən doqquzmərtəbəli tikilidə qeydə alınıb.

Məlumata görə, bina 1986-cı ildə tikilib və baxımsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, məhz bu səbəbdən girişdəki beton konstruksiya dağılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. (Oxu.az)


Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr