AZ

Azərbaycanı badminton üzrə Avropa çempionatında iki idmançı təmsil edəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

İspaniyanın Uelva şəhərində keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

Badminton Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə ölkəmizi iki idmançı təmsil edəcək. Belə ki, kişilərin şəxsi yarışında Edi Reski Dviçayo, qadınların şəxsi yarışında isə Keişa Fatimə Zəhra mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 6-dan 12-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
azertag.az

3Mənbələr