AZ

Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq - Cevdet Yılmaz

Türk dövlətləri arasındakı ilk maliyyə quruluşu olan Türk İnvestisiya Fondunun yaxın zamanda maliyyə fəaliyyətlərinə başlamasını gözləyirik.

Milli.Az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Fondun beynəlxalq arenada etibarlı bir maliyyə qurumu kimi layiq olduğu mövqeyə çatması üçün aparılan səylər böyük önəm daşıyır. Qlobal və regional sınaqlara qarşı Türk dövlətləri arasındakı enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir", - deyə Cevdet Yılmaz bildirib./Trend.Az

Milli.Az

Seçilən
6
2
milli.az

3Mənbələr