AZ

“Xalq Həyat” və “Meqa Sığorta” külli miqdarda borca düşüb

“Xalq Həyat” Sığorta ASC və “Meqa Sığorta” ASC külli miqdarda borca düşüb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, “Xalq Həyat” Sığorta ASC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 264 350.24 manat, “Meqa Sığorta” ASC-ni isə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 143 918.53 manat borcu yaranıb.

Qeyd edək ki, “Xalq Həyat” Sığorta 2019-cu ildən fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur. İdarə Heyətinin sədri Orxan Əfəndiyevdir.

“Meqa Sığorta” isə 2010-cu ildə təsis edilib, nizamnamə kapitalı 23 mln. manatdır. İdarə Heyətinin sədri Uğur İbrahimlidir. Şirkət “Meqa Həyat Sığorta” ASC-nin səhmlərinin 100 faizinə sahibdir./iqtisadiyyat.az/

Seçilən
9
7
nocomment.az

8Mənbələr